• Bakı 17° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Azərbaycan UNESCO komitəsinə üzv seçildi

SİYASƏT

10 Noyabr 2025 | 12:32

Azərbaycan UNESCO komitəsinə üzv seçildi

Bu gün Səmərqənddə keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında Azərbaycan 2025–2029-cu illər üçün “Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənildiyi hallarda onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə”yə (ICPRCP) üzv seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial platformada paylaşım edib.

"Bu seçki Azərbaycanın mədəni irsin qorunması və bərpası istiqamətindəki prinsipial mövqeyinə və beynəlxalq səviyyədə fəal təşəbbüslərinə verilən yüksək qiymət kimi dəyərləndirilir", - paylaşımda qeyd olunub.


SON XƏBƏRLƏR

09 Noyabr 2025