• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycana 10 kq-a yaxın narkotik keçirmək istədilər

CƏMİYYƏT

26 Dekabr 2022 | 14:57

Azərbaycana 10 kq-a yaxın narkotik keçirmək istədilər

Dekabr ayının 25-də saat 23:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Araz Zərgər kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 9 kiloqram 640 qram narkotik vasitəyə bənzər maddələr (7 kq 620 qram “marixuana” və 2 kq 020 qram “tiryək”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026