Cari ilin yanvar-oktyabr aylarında ölkəyə 315 min ton meyvə-tərəvəz idxal olunub.
Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən meyvə-tərəvəzin dəyəri 173,7 milyon dollar təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni dövründə 158,8 milyon dollarlıq 275,6 min ton meyvə-tərəvəz idxal edilib.
















