• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Azərbaycana qar yağacaq

GÜNDƏM

09 May 2021 | 12:40

Azərbaycana qar yağacaq

Bu gün gündüz Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s, mayın 10-da isə şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, mayın 10-da gecə və səhər yağış yağacaq.

Mayın 9-u axşam qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, mayın 10-da ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR