• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycana qar yağdı - FAKTİKA HAVA

CƏMİYYƏT

27 Sentyabr 2023 | 11:01

Azərbaycana qar yağdı - FAKTİKA HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 27-sı saat 9-a olan məlumatına əsasən 26-da günün birinci yarısında ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə leysan xarakterli yağış, Şahdağda qar yağıb.

Xidmətdən Bakıvaxtı.az-a bildirilib ki, sentyabrın 27-də gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Şahdağda 10 mm, Xaltanda 9 mm, Altıağacda 7 mm, Qobustan, Quba, Qusar, İsmayıllı, Ağsu, Gəncə, Şamaxı, Yardımlı, Astarada 2 mm-dək. Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Lerik, Qrız, Daşkəsən, Cəfərxan, Biləsuvar, Şahdağda duman müşahidə olunub.

Havanın temperaturu sentyabrın 26-da Bakıda iqlim normasından 1.4 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 26 dərəcəyədək, Naxçıvan MR-da 28 dərəcəyədək, Aran rayonlarında 30 dərəcəyədək, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.

09:48

Qusarın Ləzə və Qubanın Xınalıq kəndlərinin yaxınlığındakı dağlara qar yağıb.

Bakıvaxtı.az xəbər verir ki, Quba ərazi hidrometeorologiya müəssisəsindən Bizim.media-ya bildirilib ki, Şahdüzü və Şahdağ dağ silsiləsinə də qar düşüb.

Bölgədə ötən gün müşahidə edilən yağıntılı havanı bu gün günəşli hava əvəz edib. Oktyabrın 2-dən hava şəraitinin yenidən dəyişəcəyi gözlənilir.


Azərbaycana qar yağdı - FAKTİKA HAVAAzərbaycana qar yağdı - FAKTİKA HAVAAzərbaycana qar yağdı - FAKTİKA HAVAAzərbaycana qar yağdı - FAKTİKA HAVA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026