• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycançılıq ideyasının əsas hədəfi güclü Azərbaycanı qurmaqdır

SİYASƏT

26 Oktyabr 2022 | 12:24 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycançılıq ideyasının əsas hədəfi güclü Azərbaycanı qurmaqdır

“Vətən müharibəsindən sonra Azərbaycan bütün layihələrdə yeni bir obraz kimi iştirak edir"

Bakıvaxtı.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzində “Böyük millət- güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu bildirib.

Onun sözlərinə görə, təbii ki, buna qədər də bizim inkişaf göstəricilərimiz yaxşı olub: "Amma etiraf etmək lazımdır ki, torpaqlar işğal altındaykən hamımızın gözündə kölgə var idi. İndi Azərbaycan ordusunun qüdrəti sayəsində torpaqlarımız azaddır. Güclü Azərbaycan daha da güclü olub”.

Deputat qeyd edib ki, azərbaycançılıq ideyasının əsas hədəfi son nəticədə güclü Azərbaycanı qurmaqdır: “Bu gün Azərbaycan qüdrətli bir dövlətdir. Böyük millət -güclü dövlət ideologiyası artıq bizim yeni siyasi xəttimiz kimi görünə bilər. Bu baxımdan da dəyirmi masanın mövzusu yeni ideoloji baxışlarla bağlıdır”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026