• Bakı C

    6.97 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Azərbaycanda 16 vəzifəli şəxs işdən çıxarıldı

CƏMİYYƏT

04 Noyabr 2024 | 20:52

Azərbaycanda 16 vəzifəli şəxs işdən çıxarıldı

2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında (MR) 16 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad olunub, 33 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib

Bakıvaxtı.az xəbər verir ki, MR Təhsil Nazirliyinin və rayon (şəhər) Təhsil Şöbələrinin monitorinq qrupları tərəfindən tədris ilinin başlanğıcından bu günə kimi ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədləri yoxlanılıb və bir sıra məktəblərdə nöqsanlar aşkar olunub.

Aparılmış monitorinqlər nəticəsində işlərində yol verdiyi nöqsanlara görə 13 məktəb, 1 məktəbdənkənar təhsil müəssisəsinin direktoru, 2 bağça müdiri vəzifəsindən azad olunub, 15 direktora xəbərdarlıq, 15 direktora şiddətli töhmət, 3 direktora isə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.


SON XƏBƏRLƏR

13 Dekabr 2024