• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polis 17 yaşlı qızın ana olması ilə bağlı məsələni nəzarətə götürdü - YENİLƏNİB

CƏMİYYƏT

29 Iyun 2021 | 17:45

Polis 17 yaşlı qızın ana olması ilə bağlı məsələni nəzarətə götürdü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Ağdam rayonunda yaşayan 17 yaşlı qızın ana olması məsələsinə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, iyunun 23-də Ağdam rayon Quzanlı qəsəbə sakini olan 17 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Məlumatla əlaqədar Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

***

Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü S.Quliyeva iyunun 23-də hamilə vəziyyətdə Gəncə şəhər doğum evinə gətirilib.

17 yaşlı qızın həmin gün övladı dünyaya gəlib.

S.Quliyevanın 16 yaşı tamam olmadan öncə cinsi əlaqədə olması ilə bağlı Ağdam RPŞ-də araşdırma aparılır. (qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026