• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda bu şəhadətnamə elektron qaydada veriləcək

CƏMİYYƏT

28 Sentyabr 2022 | 17:48

Azərbaycanda bu şəhadətnamə elektron qaydada veriləcək

“Ölüm haqqında tibbi şəhadətnamə” bundan sonra elektron qaydada veriləcək.

Bakıvaxtı.az  xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda dəyişiklik edilməsinə dair qərar qəbul edib.


Dəyişikliyə əsasən, şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər.

Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürüləcək


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026