• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Müdafiə Nazirliyinin generalı həbs edildi - YENİLƏNİB (FOTO)

HADİSƏ

02 Sentyabr 2022 | 16:41

Müdafiə Nazirliyinin generalı həbs edildi - YENİLƏNİB (FOTO)

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, apa-nın əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, general-mayor Bəkir Orucovun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

*** 14:30

Müdafiə Nazirliyinin daha bir zabiti saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakupost.az-a hərbi polisin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Hərbi ekspert həmin zabitin də “Tərtər işi” ilə bağlı saxlanıldığını güman edir:

“Bildiyimiz kimi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İstintaq qrupu bunu araşdırır. Generalın həbs olunması ilə bağlı açıqlama verməli idilər. Bəlkə də, istintaq qrupu açıqlamamağı məsləhət bilib. Aldığım məlumata görə, təkcə general deyil, başqa bir zabit də həbs olunub. Onun təhqiqatçı olduğu deyilir. Beyləqanda Müdafiə Nazirliyinin Təhqiqat Şöbəsinin zabiti olub”.

*** 09:03

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi,  general-mayor Bəkir Orucovun saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Ovqat.com-a bu barədə məlumat MN-dəki etibarlı mənbələrdən daxil olub.  

Onun hansı cinayət əməli törətməsi tam məlum deyil. Mənbə saxlanılma əməliyyatının "Tərtər işi" ilə bağlı aparılan araşdırmalar çərçivəsində baş verdiyini bildirir. 

Hələ ki, hadisə ilə bağlı rəsmi məlumat yayılmayıb.

Qeyd edək ki, general bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsində çalışıb. O, ötən ilin sentyabr ayında Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsindən azad edilib, Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin olunmuşdu. Yəni yeni vəzifəsində “çiçəyi burnunda” kadrlardan sayılırdı. “Tərtər hadisələri”nin 2017-ci ildə baş verdiyini nəzərə alsaq, həmin vaxt Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi işləyən Bəkir Orucovun bu işdə hansı “xidmətlərinin” olduğu maraq doğurur.

General-mayor Bəkir Orucovun Tərtər hadisələrindəki roluna görə saxlanılması xəbəri öz təsdiqini taparsa, bir sıra müəmmalı suallar ortaya çıxacaq.

Anlaşılmaz olan təkcə Tərtər hadisələri zamanı Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsində işləyən general-mayor Bəkir Orucovun səlahiyyətində olmayan sahəyə necə müdaxilə etməsi deyil. Həm də bu hadisədən 4 il sonra, yəni 2021-ci ilin 28 sentyabrında hansı əsasla  Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilməsidir. 


Müdafiə Nazirliyinin generalı həbs edildi - YENİLƏNİB (FOTO)
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR