• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının tətbiqinə başlanılıb

CƏMİYYƏT

25 Fevral 2025 | 15:02

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının tətbiqinə başlanılıb

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının tətbiqinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu texnologiyanın tətbiqi ölkədə su ehtiyatlarının səmərəli idarə olunmasına və alternativ su mənbələrindən istifadənin genişləndirilməsinə xidmət edəcək: “Layihə çərçivəsində duzsuzlaşdırılmış suyun həm sənaye müəssisələri, həm də əhali üçün məişət məqsədilə istifadəsi nəzərdə tutulur. Bu təşəbbüs su qıtlığı ilə bağlı problemlərin aradan qaldırılmasına və su ehtiyatlarının dayanıqlılığının artırılmasına töhfə verəcək".


SON XƏBƏRLƏR

18 Aprel 2025