• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb

İQTİSADİYYAT

21 Mart 2025 | 15:52

Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb

 Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 7 min 213,8 ton duru bitki yağları istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur.

Hesabat dövründə Azərbaycanda həmçinin 10 min 168,5 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 37,5 % çoxdur.

Martın 1-nə ölkədə 3 min 711,2 ton duru bitki yağı, 5 min 768,6 ton isə marqarin ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 14,1 % az və 50,7 % çoxdur.


SON XƏBƏRLƏR

23 Aprel 2025