• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda əhalinin yanacaq xərcləri ARTIB

CƏMİYYƏT

13 Fevral 2023 | 12:24

Azərbaycanda əhalinin yanacaq xərcləri ARTIB

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 205,3 mln. manat xərclənib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2021-ci ilin göstəricisini 7,2% üstələyir.

Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 768,7 mln. manat xərclənib, bu göstərici 2021-ci ilin göstəricisini 7,9% üstələyir.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026