Bir neçə gündür əhalini narahat edən problemlərdən biri də internetin zəif olmasıdır. Belə ki, hər kəs internetin ara-ara getməsindən və çox zəif işləməsindən narazıdır.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son zamanlar Azərbaycanda internetin surəti, bəlkə də, 5-6 dəfə artıb: “Dövlət qurumu deyir ki, əvvəl 5-10 meqabit verilirdi, indi isə 1 giqabit verə bilir. Ümumiyyətlə, statiktikalara baxanda da görünür ki, Azərbaycanda internet trafiki artıb”.
Müsahibimiz hesab edir ki, ola bilər, konkret bir ərazidə, kənddə, Bakı ətrafı yerdə problem var.
“Bunun müzakirəsini aparmaq olar, amma demək olmaz ki, ümumilikdə internet zəifdi”, - deyə Osman Gündüz əlavə edib.
Aytac Aslan
















