• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bəzi dərmanların satışı qadağan edilir

CƏMİYYƏT

14 Iyul 2023 | 12:15

Bəzi dərmanların satışı qadağan edilir

Azərbaycanda dövlət reyestrinə daxil edilməyən dərmanların satışına qadağa qoyulur.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. 

Qanunun 6.5.8-ci maddəsində nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan olunur.

Həmçinin, tibb müəssisələrinin dərman satışı ilə bağlı yeni qadağa müəyyən edilir. Dəyişikliyə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin bu Qanunun 4.6-cı maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq yalnız topdansatış qiymətlərinin yuxarı həddi tənzimlənir və həmin dərman vasitələrinin pərakəndə satışı qadağan olunur.

Qanun layihəsinin üçüncü oxunuşda səsverilməsi zamanı Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov bildirib ki,  səsverməyə çıxarılan qanun layihəsində dərman vasitələrinin üzərində dərmanın təsiredici formulu barədə məlumatın qeyd edilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, apteklərdə eyni dərman adı, eyni əmttə nişanı ilə müxtəlif təsiredici maddələrdən istifadə edilmiş dərmanlar satılır. Deputat qeyd edib ki, yeni qanun layihəsinin qəbulundan sonra bu problem həll olunacaq.

"Qanuna dəyişiklik dərmanların qiymətlərinin optimallaşdırılmasına da müsbət təsir edəcək”, -deyə deputat bildirib.

O qeyd edib ki, deputatların iradları nəzərə alınaraq sözgedən qanun layihəsinin 71 maddəsində 71 texniki düzəlişlər edilib.

Milli Məclisdə “Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026