• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda koronavirusa yoluxanlar üçün karantin müddəti azaldılır?

CƏMİYYƏT

20 Yanvar 2022 | 13:07 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda koronavirusa yoluxanlar üçün karantin müddəti azaldılır?

Pandemiyanın ilk vaxtlarında, demək olar, bütün ölkələrdə koronavirusa yoluxma ilə əlaqədar karantin müddəti 14 gün idi. Ancaq son aylarda bəzi ölkələrdə vətəndaşların karantin və laboratoriya müayinələrinə yanaşmaları optimallaşdırılaraq, karantin müddətləri 7 günə qədər azaldılır.

Bakıvaxtı.az xəbər verir ki, karantin müddətinin qısaldılması dedikdə 7-ci gün test verdikdən və neqativ nəticə aldıqdan sonra karantindən azad edilmə nəzərdə tutulur. Bununla belə, karantin müddəti azaldılan ölkələrdə karantin qaydalarını pozan şəxslərə qarşı ehtiyat tədbirləri gücləndirilir.

Türkiyədə, hətta, koronavirus testi müsbət çıxan şəxslər üçün karantin müddətində 7-ci gündən sonra yüngül və ya heç bir simptomu olmayan insanlar üçün karantin müddəti başa çatır. Bununla yanaşı, 5-ci gündə testi mənfi olan insanlar karantini erkən bitirə bilərlər.

Azərbaycanda da koronavirusa yoluxma ilə əlaqədar karantin müddəti azaldıla bilər? Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə hələ bununla bağlı müzakirələr aparılmır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026