• Bakı 20° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycanda küçədə bıçaqlanma - ANBAAN GÖRÜNTÜLƏR

HADİSƏ

09 Sentyabr 2024 | 00:30 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda küçədə bıçaqlanma - ANBAAN GÖRÜNTÜLƏR

Qazaxda küçədə baş verən bıçaqlanma hadisəsi anbaan müşahidə kameralarına əks olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sentyabrın 5-də saat 22 radələrində Qazax Rayon Polis Şöbəsinə Masallı rayon sakini Elçin Burhanlının kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

Araşdırmalarla Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Kərim Mansurovun aralarında yaranmış mübahisə nəticəsində E.Burhanlıya bıçaqla müxtəlif bədən xəsarətləri yetirməsi ilə bağlı şübhələr müəyyən edilib.

K.Mansurov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir./publika.az

Həmin görüntüləri təqdim edirik:

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR