Azərbaycan Respublikasında yayılmış SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsində sekvenləşdirmə çalışması aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzin məlumatında qeyd olunub.
Məlumata görə, bu çalışmada üstünlüyü sanitar-epidemioloji xidmətin araşdırmasına əsasən "xaricdə yoluxan" kimi dəyərləndirilmiş COVID-19 PZR test nəticəsi pozitiv olan şəxslər təşkil etməklə, xəstəliyə təkrar yoluxmuş şəxslər, eləcə də təsadüfi seçim əsasında populyasiya arasından COVID-19 PZR test nəticəsi pozitiv olan şəxslərin nümunələri tədqiq edilir.
"Bu günədək aparılmış çalışmada "omikron" variantı ilə uyğun nəticələr aşkar edilməyib", - deyə Mərkəzdən bildirilib.
















