• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qaz limiti bağlı TƏKLİF: Ləğv olunur?

CƏMİYYƏT

03 Noyabr 2023 | 12:41

Qaz limiti bağlı TƏKLİF: Ləğv olunur?

Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifinin illik istehlaka dair hesablanmasında limitin ləğv olunması təklif olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu təkliflə deputat Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər qazı var: “Buna gücümüz çatar. Ona görə də qaz limitinin ləğv olunmasını təklif edirəm".

Tahir Kərimlinin təklifi ilə bağlı "Azəriqaz" İB ilə əlaqə saxladıq. Qurumdan Bakıvaxtı.az-a bildirildi ki, qaz limiti ilə bağlı məsələnin "Azəriqaz"a aidiyyatı yoxdur: "Biz, sadəcə, xidmət sahəsiyik. Verilən qaydalara uyğun olaraq, xidmət göstəririk. Bu, Tarif Şurasına aid məsələdir".

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026