"Bu gün Azərbaycanda qazlaşdırılmayan region yoxdur".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Baş nazir qazlaşdırılmanın bütün regionlarda getdiyini diqqətə çatdırıb: "Rayonlar üzrə ayrıseçkiliyə yol vermədən, ölkənin qazlaşdırılması dövlətin prioritetlərindən biridir. Qeyd edim ki, qonşu ölkələrdə isə hələ qazlaşdırılma layihəsinə indi başlanılır. Azərbaycanda il ərzində 61 şəhər, 228 qəsəbə və 2168 kənd qazlaşdırılıb".
Nuranə Daxilqızı
















