• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanda qənaət rejimi tətbiq olunacaq?

CƏMİYYƏT

22 Sentyabr 2022 | 14:35

Azərbaycanda qənaət rejimi tətbiq olunacaq?

Bu qış Avropa ölkələri saanki böyük bir enerji müharibəsinə hazırlaşır. Qaz təchizatının kifayət qədər olmaması istehlakçıya əks olunan qiymətlər artıra bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, AB-nin iqtisadi mühərriki olan Almaniyada şirkətlərin dörddə üçü artan enerji ödənişləri səbəbindən “ciddi sıxıntı” içində olduqlarını bildirib. Hətta Rusiya neftindən Kontinental Avropa ilə müqayisədə daha az asılı olan Böyük Britaniyada - Liz Truss hökumətinin xilasetmə planından əvvəl - oktyabr ayından etibarən enerji qiymətlərinin orta hesabla 80 faiz artacağı, bunun ardınca isə mümkün əlavə artımların olacağı açıqlanmışdı.

Artıq “Resessiya” sözü bütün ölkələrdə tez-tez istifadə olunmağa başlayıb. Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəni davam etdirərkən Ukraynanı dəstəkləyən Qərbə qarşı enerji silahından istifadə edərək güc balansını ölkəsinin xeyrinə dəyişməyə çalışır.

Qeyd edək ki, Putin ötən günlər etdiyi bir çıxışında "Maraqlarımıza zidd olsa, heç nə göndərə bilmərik. Qaz, neft, kömür, mazut, heç nə!" demişdi. AB-ni sıxmaq Rusiya üçün meh kimi görünürdü. Avropa Birliyi Ukraynanın işğalı başlamazdan əvvəl qazının 40 faizini və neftinin üçdə birini Rusiyadan alırdı. Avropanın Almaniya və İtaliya kimi böyük ölkələrinin iqtisadiyyatları Rusiyadan daha çox asılı idi. Rusiya aylardır qaz axınını özbaşına açıb-söndürür və qış yaxınlaşdıqca narahatlıqlar artır. Hətta Fransa, İspaniya və Böyük Britaniya kimi enerji baxımından Rusiyadan daha az asılı olan ölkələr də qlobal bazarlarda qiymət artımından ciddi şəkildə təsirlənir.

Bütün bunların nəticəsində Azərbaycanda da enerjiyə qənaət məcburiyyəti yarana bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, Avropada enerji qənaətinə keçməyin səbəbi qaz çatışmazlığıdır: “Yəni, Rusiyadan aldıqları qazı yarıbayarı azaldıblar. Ona görə Avropa Birliyində qənaət rejiminə keçməklə bağlı müəyyən tövsiyələr səslənir. Azərbaycanın buna ehiyacı yoxdur. Azərbaycan zatən özü qaz, neft və elektrik enerjisi tədarükçüsüdür”.

İqtisadçı vurğulayıb ki, Azərbaycanda hansısa bir əmr və ya qərar formasında qənaət rejiminə keçməyə ehtiyac yoxdur: “Azərbaycanda enerji daşıyıcılarının qiyməti son illər o qədər artıb ki, əhali qənaət edir. İşıq pulunun, qaz pulunun getdikcə artdığını nəzərə alaraq əhali qənaət etməyə məcbur olur. Buna görə də, Azərbaycanda xüsusi bir qərarla qənaət rejiminə keçməyə əsas yoxdur”.

Aytac Aslan

 


SON XƏBƏRLƏR

26 Aprel 2024