• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyə-Azərbaycan-Gürcüstan birgə hərbi təlimləri başladı

CƏMİYYƏT

22 Oktyabr 2022 | 14:23

Türkiyə-Azərbaycan-Gürcüstan birgə hərbi təlimləri başladı

Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.
 


Türkiyə-Azərbaycan-Gürcüstan birgə hərbi təlimləri başladıTürkiyə-Azərbaycan-Gürcüstan birgə hərbi təlimləri başladı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026