• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda rəisə xəbərdarlıq edildi, bələdiyyə sədrinə isə...

CƏMİYYƏT

18 Iyul 2023 | 10:49

Azərbaycanda rəisə xəbərdarlıq edildi, bələdiyyə sədrinə isə...

Qax rayonunun ərazisindən keçən Kürmük çayına beton qarışdıran maşından beton tökülməsi ilə bağlı sosial şəbəkədə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmətin rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı çaya beton axıdan "Mercedes" markalı, 36-AC-335 dövlət nömrə nişanlı avtomobilin "SPARK" MMC-yə məxsus beton zavoduna aid olduğu müəyyən edilib:

“Faktla bağlı avtomobilin sürücüsü Fizuli Mehdiyev barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb. Eyni zamanda, "SPARK" MMC-nin sahə rəisi Şahin Allahverdiyevə sürücülərinin fəaliyyətini nəzarətdə saxlaması üçün ciddi xəbərdarlıq olunub, əraziyə cavabdeh Qum bələdiyyəsinin sədri Sərxan Qurbanova isə ərazinin təmizliyinə mütəmadi nəzarət olunması ilə bağlı məcburi göstəriş verilib”.


Azərbaycanda rəisə xəbərdarlıq edildi, bələdiyyə sədrinə isə...Azərbaycanda rəisə xəbərdarlıq edildi, bələdiyyə sədrinə isə...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026