• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

ƏƏSMN-nin e-xidmətlərinə 7 ayda nə qədər müraciət qeydə alınıb?

CƏMİYYƏT

17 Avqust 2023 | 10:28 | Müəllif: Qalib İbrahimoğlu

ƏƏSMN-nin e-xidmətlərinə 7 ayda nə qədər müraciət qeydə alınıb?

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlərə 10 milyon 350 min müraciət qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a ƏƏSMN-dən bildirilib.

Məlumata görə, hazırda Nazirliyin 153 xidmətindən 140-dan və ya 90 faizdən çoxu e-qaydada təqdim edilir. Həmçinin digər qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin olunur.

Cari ilin 7 ayında Nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə həmin qurumlardan daxil olan sorğu sayı 146 milyon olub.

Son illərin mühüm rəqəmsal sosial nailiyyətlərindən olan e-sosial internet portalından isə yanvar-iyul aylarında 4 milyon 537,4 min dəfə istifadə olunub.

 

 


ƏƏSMN-nin e-xidmətlərinə 7 ayda nə qədər müraciət qeydə alınıb?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026