• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Azərbaycanda rusdilli məktəblər bağlanmalıdır" yanaşması yanlışdır" - Deputat

CƏMİYYƏT

12 May 2022 | 16:09 | Müəllif: Qalib İbrahimoğlu

"Azərbaycanda rusdilli məktəblər bağlanmalıdır" yanaşması yanlışdır" - Deputat

“Rus dilinə sırf dil və ya tədris kimi yanaşmaq olmaz. Bu, həm də siyasi məsələdir”.

Bunu Bakıvaxtı.az-ın əməkdaşının sualna cavab olaraq Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, biz qəbul etməliyik ki, Rusiya bizim tarixi qonşumuzdur: “Bu gün bizim cəmiyyətdə “biz tamamilə rusdilli məktəbləri bağlamalıyıq” kimi fikirlər səsləndirilir. Bu yanaşma kökündən yanılşdır. Rus dilinə olan tələbat Sovet dönəmindən qalan ənənədir".

Deputat deyib ki, rus dilinə yanaşmada dövlətlərarası münasibətlər də nəzərə alınmalıdır: "Rus dilinə sırf dil və ya tədris kimi yanaşmaq olmaz. Biz özümüzü qızışdırıb Rusiyaya qarşı əks yanaşma sərgiləməli deyilik. Bu, təhlükəli tendensiyadır. Düzdür, tariximizi bilməliyik. Lakin rusdilli məktəblərin mövcudluğu siyasi məsələdir”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR