Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Fəriş oğlu Həsənov bəfat edib.
Bakıvaxtı.az- xəbər verir ki, o, dünən gecə saatlarında dünyasını dəyişib.
K.Həsənov Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında vəfat edib.
Köçərli Həsənov 10 noyabr 1961-ci ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olub.
Qeyd edək ki, K.Həsənov uzun illər “Azərsu” ASC-nin sədrinin müavini vəzifəsində çalışıb. Bu il isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin olunub.
Allah rəhmət etsin!


jpg-1729836453.webp)




png-1729833058.webp)



jpg-1729803480.webp)



