• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda yol tikintisi və təmiri ARTIB

CƏMİYYƏT

18 Fevral 2023 | 11:58

Azərbaycanda yol tikintisi və təmiri ARTIB

Ötən il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 803.5 km uzunluğunda avtomobil yolları, prospekt və küçə tikilib, yenidən qurulub və təmir olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov Zəngilanın Ağalı kəndində keçirilən "Heydər Əliyev və gələcəyə aparan yollar" adlı tədbir zamanı bildirib.

Onun sözlərinə görə, qeyd olunan göstəricinin 234,3 kilometri respublika əhəmiyyətli, 398 kilometri yerli əhəmiyyətli, 171,2 kilometri isə Bakı şəhəri yollarının payına düşüb.

Qeyd etmək lazımdır ki, 2021 ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 728,3 km uzunluğunda avtomobil yolları, prospekt və küçə tikilib, yenidən qurulub və təmir olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026