• Bakı 12° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

SON DƏQİQƏ: Azərbaycanda yenidən güclü zəlzələ oldu - YENİLƏNİB

CƏMİYYƏT

11 May 2024 | 20:23 | Müəllif: Gülşən Şərif

SON DƏQİQƏ: Azərbaycanda yenidən güclü zəlzələ oldu - YENİLƏNİB

Lənkəranda gün ərzində ikinci dəfə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, rayonda 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

    Təbiət hadisəsi yerli vaxtla saat 20:23-də qeydə alınıb, zəlzələ ocağının dərinliyi 13 kilometr olub.

    Zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 3 bala qədər hiss edilib.

    Afterşoklar davam edir.

    ***19:32

    Adətən güclü və hiss olunan təkanlardan sonra afterşoklar qeydə alınır. Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

    Qeyd olunub ki, hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir.

    ***19:00

    Bu gün cənub bölgəsində baş verən zəlzələnin hansı rayonlarda hiss edildiyi açıqlanıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

    Məlumatda bildirilib ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.

     

    ***17:42

    Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində zəlzələ qeydə alınıb.

     Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.

    İlkin məlumata görə, yeraltı təkan 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən zəlzələ 18 km dərinlikdə qeydə alınıb.

    Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR