• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanın bu rayonları işıqsız qaldı

CƏMİYYƏT

07 Iyun 2024 | 23:27 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın bu rayonları işıqsız qaldı

Qeyri-sabit hava şəraiti Zaqatala və Qax rayonlarını işıqsız qoyub.

Bakıvaxtı.az xəbər verir ki, hadisəyə axşam saatlarından başlayaraq davam edən yağışlı və küləkli hava səbəb olub.

Güclü külək nəticəsində iri gövdəli ağaclar Zaqatala rayonu ərazisində 110 kilovoltluq birinci və ikinci xətlərin üzərinə aşıb. Nəticədə Zaqatala və Qax rayonlarında tam olaraq elektrik enerjisinin verilişi dayandırılıb.

"Azərişıq" ASC-nin Şimal-Qərb Regional İdarəsindən Report-a bildirilib ki, regionda yerləşən şəbəkələrin əməkdaşları hadisə baş verən əraziyə yollanıblar. Elektrik enerjisinin bərpası istiqamətində təxirəsalınmaz işlər görülür./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026