• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanın dünyaya inteqrasiyasının əsasları ulu öndərin qalibiyyət kursunun tərkib hissəsi idi

LAYİHƏ

08 Iyun 2023 | 14:25

Azərbaycanın dünyaya inteqrasiyasının əsasları ulu öndərin qalibiyyət kursunun tərkib hissəsi idi

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri, Yer kürəsinin bütün qitələrini əhatə edir. Tədqiqatçılar inteqrasiyanı yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu adlandırırlar.

İnteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə korrektivlər edən, xalqların taleyində dönüş nöqtələrinə təkan verən fenomenə, dünya inkişafının başlıca meyllərinə çevrilib. Sevindirici haldır ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında, mükəmməl və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan, dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz artıq dünya birliyinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib. Sözsüz ki, bunun arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır. İndi Azərbaycanın iştirakı olmadan, nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün deyil. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə çevrilib.

Bütövlükdə, Azərbaycanda gedən inteqrasiya proseslərində əldə edilən uğurlar, hər şeydən öncə Heydər Əliyevin fenomenal siyasi lider amilinə əsaslanıb. Bu bir faktdır ki, Azərbaycanın qazandığı uğurların təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Azərbaycan dövlətinin Avropaya və dünyaya inteqrasiyasının siyasi prinsip və əsasları ulu öndərin alternativi olmayan qalibiyyət kursunun ayrılmaz tərkib hissəsi idi. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən ümummilli liderin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi əhəmiyyətə malikdir.

Müstəqilliyinin ilk illərindən BMT, ATƏT və İKT-yə üzv olan Azərbaycan həyata keçirilən ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir quruma qəbul edildi. Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə böyük önəm verən Ulu öndər Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratdı, bu nüfuzlu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün fəal xarici siyasət həyata keçirildi. Böyük əhəmiyyətə malik geosiyasi və geostrateji məkanda yerləşən Azərbaycan 1993-cü ildən etibarən bu mövqedən həm özünün, həm də tərəfdaşlarının yetərincə faydalanması üçün əlverişli imkanlar yaratdı, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində önəmli addımlar atdı. Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən, beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi çoxlu sayda beynəlxalq təşkilata üzv oldu. Ölkəmiz həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir. BMT Nizamnaməsinə, ATƏT və Avropa Şurası prinsiplərinə, dünya dövlətləri tərəfindən qəbul edilmiş digər beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə fəal və genişmiqyaslı əməkdaşlığını davam etdirir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi sahələri əhatə edərək çoxşaxəli xarakter daşıyır və ölkəmizin milli maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.

Ümummilli lider Heydər Əliyevin başçılığı ilə xarici siyasətimizdə əldə olunan uğurlardan ən böyüyü beynəlxalq ictimai rəyin Azərbaycanın xeyrinə dəyişdirilməsi, Ermənistanın işğalçı dövlət kimi rəsmi sənədlərdə tanıdılması və dünya birliyini Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə və müstəqil siyasətinə həssaslıqla yanaşmağa inandıra bilməsi olub.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan uzun illər ərzində, xüsusilə də Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmlərdə bu istiqamətdə öz addımlarını atır: “Azərbaycan dövlət, xalq və toplum olaraq dünya birliyinə, beynəlxalq aləmə inteqrasiya prosesinə start verib. Bu, artıq uzun illər baş verən bir prosesdir. Biz ayrı-ayrı dövlət və təşkilatlarla geniş münasibətlər qurmuşuq. Dünyanın ən nəhəng təşkilatı olan BMT-də fəaliyyətimiz göz önündədir. Pandemiya çərçivəsində addımlar atmağa, dünya dövlətlərini çətiri altında birləşdirən BMT-ni ayağa qaldırmağa, onun dövlət başçıları ilə bağlı Baş Assambleyasının xüsusi sessiyasını çağırmağa nail olduq. BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik etməyimiz, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının yaranmasına səbəb olmağımız bu istiqamətdə addımlar atdığımızın nəticəsidir”.

Xəyal Bəşirov: TDT çərçivəsində Azərbaycan Türkiyə ilə birlikdə böyük bir coğrafiyanın birləşməsinə nail olub

Müsahibimiz qeyd eidib ki, Azərbaycan hazırda həmin təşkilat və dövlətlərlə bərabərhüquqlu və sıx təmasdadır: “Bura Ermənistandan savayı bütün dövlətləri daxil etmək olar. Çünki Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini rəsmi şəkildə tanımaq istiqamətində real iş görmür. Təbii ki, bu istiqamətdə bir sıra uğurlu addımlar atılıb. Ermənistan tərəfi rəsmi olaraq bu mövqeni dilə gətirir, amma onu da nəzərə almaq lazımdır ki, bu, sadəcə dildə olmamalı, əməldə olmalıdır. Demək istədiyim odur ki, biz bu gün ayrı-ayrı təşkilatlar və dövlətlərlə sıx təmaslar qurur, beynəlxalq aləmə inteqrasiya prosesini həyata keçiririk. Bura müxtəlif regionları misal çəkmək olar. Məsələn, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan Türkiyə ilə birlikdə bu təşkilatın yaranmasına və böyük bir coğrafiyanın birləşməsinə nail olub. Biz bu prosesdə nəinki inteqrasiya oluruq, əksinə dövlətlərin bu prosesə inteqrasiya olunması üçün şərait yaradırıq”.

Onun sözlərinə görə, bundan başqa, Azərbaycan postsovet ölkələri ilə də əlaqələrini inkişaf etdirir.

X.Bəşirov deyib ki, Azərbaycan İslam dünyasına çox mühim əhəmiyyətə malik olan dövlətə çevrilib. Eyni zamanda, Azərbaycan ərəb ölkələri ilə sıx təmaslar qurur: “Biz bunu prezidentin ən son Əlcəzairə səfəri zamanı Ərəb Ölkələri Liqasının tədbirində müşahidəçi qismində iştirak etməsi ilə əlaqələndirə bilərik”.

Dünyanın ən təşkilatlanmış regionu, o cümlədən, dünyanın ən mədəni beyin və siyasi mərkəzi olan Avropa ilə biz sıx əlaqədəyik. Avropa İttifaqının 27 dövlətindən 9-u ilə bizim müxtəlif istiqamətlərdə əməkdaşlığımız var. Bu gün Azərbaycan nəinki Avropa İttifaqına üzv olan dövlətlərin, ümumilikdə Avropa qitəsinin enerji resursları ilə təminatında böyük rol oynamaqdadır. Azərbaycanın müxtəlif istiqamətlərdə həm siyasi, həm ticari, həm iqtisadi, həm də mədəni baxımdan dünya dövlətləri ilə inteqrasiya prosesini həyata keçirməsi, ayrı-ayrı dövlət və təşkilatların Azərbaycana gələrək mötəbər tədbirlərdə iştirak etmələri Azərbaycanın beynəlxalq aləmə, dünyaya inteqrasiya prosesindən xəbər verir.

Həmsöhbətimiz vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə xarici siyasətimiz uğurla həyata keçirilir: “Bu gün Prezident İlham Əliyevin ayrı-ayrı dövlətlərə səfərləri zamanı qarşılanması, Azərbaycan dövlətinin ünvanına səsləndirilən fikirlər bir daha ondan xəbər verir ki, bu gün Azərbaycan prinsipial və qətiyyətli bir dövlət kimi qəbul edilir. Azərbaycanın mövqeyi ilə hesablaşılır, ölkəmizin güclü, inkişaf edən bir dövlət olması bütün dünya dövlət və təşkilatları tərəfindən qəbul olunur. Təbii ki, bunu maraqları üçün qəbul etməyən qüvvələr də var. Lakin hər bir halda unutmaq lazım deyil ki, reallığı qəbul edib etməməyindən asılı olmayaraq, bu, reallıqdır. Hesab edirəm ki, bu reallığı hansısa qüvvələrin qəbul etməməsi bizim bu gün ortaya qoyduğumuz yeni şərtləri dəyişmir. Bu gün Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiya proseslərindən biri də orta dəhliz vasitəsilə həyata keçirdiyi tədbirlərdir”.

Onun sözlərinə görə, diqqət etsək, görərik ki, dünyanın əsas qitələri olan Avropa iə Asiyanı birləşdirən böyük bir dəhlizin əsas əhəmiyyətli hissəsi Cənubi Qafqazdır: “Cənubi Qafqazın da aparıcı dövləti, dominant qüvvəsi Azərbaycandır. Məhz o planın Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində bütün səylərini ortaya qoyub. Təbii ki, Zəngəzur dəhlizinin reallaşmayacağı təqdirdə orta dəhlizin tam və işlək vəziyyətdə olması mümkünsüz olacaq”.

Dövlətimiz Şimal-Cənub, Şimal-Qərb və Şərq-Qərb dəhlizi üzərində yerləşir. Bu, həm iqtisadi, həm loqistika, həm enerji resurslarının daşınması baxımdan müxtəlif məqamlarla bağlı əhəmiyyətli bir region və dəhlizdir: “Bu mənada bizim beynəlxalq aləmə inteqrasiya prosesimiz uğurla həyata keçirilir. Yaxın gələcəkdə bu prosesin nəticələrinin canlı şahidi olacağıq”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Iyul 2024