• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycanın sabiq baş prokuroru VƏFAT ETDİ - FOTO

CƏMİYYƏT

15 Noyabr 2022 | 22:08 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın sabiq baş prokuroru VƏFAT ETDİ - FOTO

Azərbaycan Respublikasının sabiq baş prokuroru İxtiyar Şirinov vəfat edib.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə onun qohumları bildiriblər. Mərhumun uzun müddətdir ciddi xəstəlikdən əziyyət çəkdiyi qeyd edilib.

İxtiyar Şirinov son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri olub.

İ.Şirinov 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə qiyamçı Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.


Azərbaycanın sabiq baş prokuroru VƏFAT ETDİ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026