• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

15 yaşlı uşağın mədəsindən, görün nələr çıxdı - FOTO

CƏMİYYƏT

15 Dekabr 2022 | 20:41

15 yaşlı uşağın mədəsindən, görün nələr çıxdı - FOTO

Diyarbəkirdə qusma və ürəkbulanma şikayəti ilə xəstəxanaya aparılan və rentgenində 1 metr uzunluğunda şarj kabelini udduğu aşkarlanan 15 yaşlı oğlan xilas olub.

Bakıvaxtı.az xəbər verir ki, uşaq qastroenterologiyası, hepatologiya və qidalanma kafedrasının müdiri prof. Dr. Yaşar Doğan və komandasının həyata keçirdiyi endoskopik əməliyyatla uşağın mədəsindəki kabel müvəffəqiyyətlə çıxarılıb. Müalicədən sonra uşaq sağalıb və evə buraxılıb.

Əməliyyatı həyata keçirən Prof. Dr. Yaşar Doğan kabelin bir ucunun nazik bağırsağa keçdiyi üçün çətinlik çəkdiklərini bildirib: “Xəstə qusma və qarında ağrı şikayətləri ilə tibb müəssisəsinə müraciət edib. Orada aparılan müayinələr zamanı xəstənin mədəsində kabel aşkarlananda bizə müraciət etdilər. 112 vasitəsilə xəstəyə lazımi əməliyyatı edib-etməyəcəyimizi soruşdular. Xəstəni bizə göndərə biləcəklərini bildirdik. Xəstə bizə gəldikdən sonra ilkin hazırlıqlar görüldü və tələb olunan orucluq müddətindən sonra xəstəyə endoskopik əməliyyat aparıldı”.

“Endoskopik prosedurla mədədəki kabel çıxarılıb. Aydındır ki, kabelin bir ucu nazik bağırsağa keçdiyi üçün kabeli çıxarmaqda çətinlik çəkdik. Prosedur uğurla başa çatdıqdan sonra xəstə sağlam vəziyyətdə evə göndərilib”.

Aytac Aslan


15 yaşlı uşağın mədəsindən, görün nələr çıxdı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR