• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Azərbaycanın səbri sonsuz deyil: Ermənistanın addımları bumeranq effekti verə bilər

SİYASƏT

01 Aprel 2025 | 10:23

Azərbaycanın səbri sonsuz deyil: Ermənistanın addımları bumeranq effekti verə bilər

"Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirdiyi halda Azərbaycanı günahlandırmağa çalışır".

Bunu son günlər Ermənistan tərəfindən mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrinin atəşə tutulmasını şərh edən politoloq Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın son təxribatları regionda sülhün bərqərar olmasında maraqlı olmadığını büruzə verir:

"Son vaxtlar Ermənistan hərbi-siyasi təxribatlarını intensivləşdirib. Bu, bir daha göstərir ki, Ermənistan sülh sazişinin imzalanması və Azərbaycanla münasibətlərin normallaşmasına dair verdiyi bəyanatlar əməlləri ilə üst-üstə düşmür. Ermənistan sülhdə maraqlı olsa belə, müstəqil siyasət yürüdə bilmir və lazımi siyasi iradəyə malik deyil. Buna görə də kənar güclərin təsiri altına düşür. Həmin güclər ki, regionda sülh və sabitlik istəmirlər. Ermənistan təxribat törətməklə, həm sülh sazişini kölgə altına salır, həm də Azərbaycanı hünahkar çıxarmağa çalışır. Lakin Ermənistanın bu cəhdləri əbəsdir və boş səylərdir".

Kənan Novruzov: Ermənistanın hərbi-siyasi təcribatları bir müddətdən sonra ona baha başa gəlir

K.Novruzov hesab edir ki, Ermənistanın hazırda atdığı addımlar bumeranq effekti verə bilər. Çünki Azərbaycanın səbri sonsuz deyil.

Müsahibimiz qeyd edib ki, Ermənistanın davam edən hərbi-siyasi təcribatları bir müddətdən sonra ona baha başa gəlir:

“Biz bunu Tovuz hadisələri, Aprel döyüşləri, bir günlük antiterror əməliyyatı və İkinci Qarabağ Savaşından görmüşük. Ermənistanın eyni ssenarini yenə də davam etdirməsi istisna deyil. Əgər bu ölkə konkret olaraq destruktiv yolu seçərsə və sülh mövzusundan uzaqlaşarsa, bu halda Azərbaycan tərəfi cavab verməli olacaq”.

K.Novruzov bildirib ki, Ermənistan ölkəmizi ittiham etməklə, Azərbaycana qarşı ictimai rəyi dəyişdirəcəyini düşünürsə, bunu bacarmayacaq. Çünki hər iki ölkənin niyyəti və gücü beynəlxalq ictimaiyyətlə yanaşı, erməni cəmiyyətinə də məlumdur.

Politoloq vurğulayıb ki, Azərbaycanın istəyi regionda sülh və sabitliyin bərqərar olmasıdır. Bunu hətta Ermənistan cəmiyyətində də başa düşənlər var. Bundan başqa, Azərbaycan güclü tərəfdir. Ermənistan nə etsə də, təxribatları faydasız olacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR