• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanın strateji valyuta ehtiyatları ARTDI

İQTİSADİYYAT

30 Dekabr 2022 | 09:20

Azərbaycanın strateji valyuta ehtiyatları ARTDI

Bu ilin yanvar-noyabr aylarında qalıqlı tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 12,3% və yaxud 6,5 milyard ABŞ dolları artaraq 59,8 milyard ABŞ dollarına çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Qurum bəyan edib ki, 9 ayda tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 30,7%-i səviyyəsində qalıq yaranıb. Sonrakı aylarda da xarici sektorda müsbət proseslər davam edib. Ümumilikdə ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23,5 milyard ABŞ dolları və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çox müsbət saldo yaranıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026