• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Azərbaycanla oyun üçün İsveçdən 65 azarkeş gələcək

İDMAN

03 Sentyabr 2024 | 15:25

Azərbaycanla oyun üçün İsveçdən 65 azarkeş gələcək

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında İsveçlə keçirəcəyi matçı Bakıda canlı izləmək üçün 65 isveçli azarkeş gələcək.

Bu barədə Bakıvaxtı.az-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Qurum rəsmisi İsveç millisinin bu gün axşam saatlarında Bakıya çatacağını bildirib:

“İsveçdən ümumilikdə 15 media nümayəndəsi gələcək. Bu heyətə operator, fotoqraf və müxbir daxildir. 65 nəfər isə sırf fanklub üzvü gələcək. Bundan əlavə, İsveçdən 80-ə yaxın rəsmi nümayəndə (səfirlik, federasiya əməkdaşları və sair) olacaq. Komanda bu gün axşam saatlarında Bakıya çatacaq”.

Qeyd edək ki, Azərbaycan - İsveç matçı sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


SON XƏBƏRLƏR

14 Sentyabr 2024