• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Azərbaycanlı müğənni Rusiyada küçədə yaşayır

MƏDƏNİYYƏT

15 Dekabr 2021 | 09:27 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanlı müğənni Rusiyada küçədə yaşayır

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Ramiz hazırda küçədə yaşayır.

Bakıvaxtı.az xəbər verir kii, bu barədə müğənni Elman Zeynalov məlumat verib. O, Laura Cuqeliyevanın "Nado obsudit" yutub verilişində deyib ki, Ramiz həddindən artıq spirtli iççi qəbul edir və kimliyini müəyyənləşdirən sənədləri yoxdur:

“Pulu olsa belə, şəxsiyyət vəsiqəsi olmadığından oteldə, yataqxanada gecələyə bilmir. Qatarda yatır. Ramiz azərbaycanlıdır. Onun sənədlərini Azərbaycan arxivlərində axtarmaq lazımdır. Amma o, dəqiq məlumatı, pasport nömrəsini, bir sözlə, heç nəyi bilmir. O, canlı ölüdür. Bu dünyada olmaq onu incidir və qorxudur”.

Elman deyib ki, Ramizin sənədlərini bərpa etmək niyyətindədir. “Jara TV” xəbərində qeyd edilib ki, Ramiz 10 ildir küçədə yaşayır./olay.az/


Azərbaycanlı müğənni Rusiyada küçədə yaşayır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR