• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanlı qızları xaricdə satan Təranə HƏBS EDİLDİ

CƏMİYYƏT

19 Dekabr 2023 | 13:34

Azərbaycanlı qızları xaricdə satan Təranə HƏBS EDİLDİ

İnsan alverində təqsirləndirilən daha bir qadına hökm oxunub.

Bakıvaxtı.az xəbər verir ki, Təranə İsmayılovanın azərbaycanlı qadınları aldatma yolu ilə, həmçinin hədə-qorxu ilə məcbur etməklə cinsi istismar edilməsi məqsədilə xaricə aparmaq üçün sənədlərlə qanunsuz hərəkətlər etdiyi məlum olub.

Qeyd olunan faktlarla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələrilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə T.İsmayılovanın əməlləri subuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib./Lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026