• Bakı 8° C

    11.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Mirasa hüquq qəbul müddəti ilə müəyyənləşməyəcək

CƏMİYYƏT

18 Yanvar 2024 | 11:55

Mirasa hüquq qəbul müddəti ilə müəyyənləşməyəcək

"Mövcud qanunvericiliyə görə, mirasın qəbulu 6 ayı keçməməli idi".

Bakıvaxtı.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin notariat sahəsində aktual məsələlərlə bağlı brifinqində deyilib.

Bildirilib ki, mirasa rəsmi hüququn yaradılması qəbul şərti ilə olurdu. Mirası qəbul etməmiş, rəsmiləşdirməmiş mirasa hüquq istisna olunurdu: “Burada mülkiyyət hüququ ilə bağlı xeyli məsələlər yaranmışdı, məhkəməyə müraciət olunurdu. Bu barədə qərar verildi ki, mirasa hüquq qəbul müddəti ilə müəyyənləşməsin”.

Qeyd olunub ki, yeni yaranmış vəziyyətə görə, mirasdan imtina mexanizmi üzə çıxıb: “Əvvəllər mirası qəbul etməmiş vərəsəlik hüququ qəbul edilmirdi. İndi isə qanunvericilikdə belə bir imkan yaradılıb ki, 3 ay müddətində mirasdan imtina etməyən şəxs mülkiyyət hüququ əldə edə bilər, vərəsilik hüququ qazana bilər".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026