• Bakı 11° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Azərbaycanlı zəvvarların səhhəti necədir?

CƏMİYYƏT

03 Iyul 2023 | 12:00 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanlı zəvvarların səhhəti necədir?

Xəbər verdiyimiz kimi, Türkiyədən ilk həcc karvanının yola düşdüyü mayın 30-dan indiyədək 30 türk vətəndaşı müqəddəs torpaqlarda həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, vəfat edənlərdən 8-nin qadın olduğu bildirilib.

Qeyd olunub ki, ölüm hallarının əksəriyyəti infarkt və yaşlılıqla bağlı xəstəliklər səbəbindən baş verib.

Bəs Azərbaycandan Həccə gedən zəvvarlarımızın səhhəti necədir?

Ziyarətə yollanan vətəndaşlarımızdan biri Bakıvaxtı.az-a bildirib ki, azərbaycanlı zəvvarların səhhəti normaldır: “Zəvvarlarımızdan səhhətində hər hansı problem olan yoxdur. Hər şüy qaydasındadır”.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 zəvvar gedib.

Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR