• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Goranboyda 3 kq narkotik saxlayan şəxs tutuldu

CƏMİYYƏT

02 Avqust 2023 | 10:56

Goranboyda 3 kq narkotik saxlayan şəxs tutuldu

Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupudan Bakıvaxtı.az-a verilən xəbərə görə, şöbəyə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Tərtər rayon sakini Ruslan İbrahimov Goranboy rayon Borsunlu kəndi ərazisində saxlanılıb.
Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan ümumi çəkisi 3 kq olan narkotik vasitə olan “marixuana” aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026