• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

GÜNDƏM

26 May 2021 | 12:11

“Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı şəhəri Sabunçu rayonunda “Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə aprelin 19-da qeydə alınıb:

"Bununla bağlı bildiririk ki, aprelin 19-da “Azəriqaz” İB-in əməkdaşlarının ərazidə xidmət etdiyi zaman qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən əməkdaşlardan biri- İlkin Əzizovun abonentlə mübahisəsi yaranması və abonentin qohumu olan Elnur Əliyevin həyətdən çıxaraq yumruqla onun çənə nahiyəsindən zərbə endirməsi barədə müraciət əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılıb.

Fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026