• Bakı 21° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Azərişıq”dan baş vermiş partlayışla bağlı AÇIQLAMA - YENİLƏNİB 

HADİSƏ

06 Sentyabr 2022 | 21:27 | Müəllif: Subhan Mahmudov

“Azərişıq”dan baş vermiş partlayışla bağlı AÇIQLAMA - YENİLƏNİB

Bakının Nizami rayonunda yüksəkgərginlikli elektrik xəttində baş vermis təhlükəli qəza ilə bağlı “Azərişıq” ASC açıqlama verib.

Qurumun mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, qəza baş verəndən sonra təmir-bərpa briqadaları əraziyə yollanıb.

“İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatının kəsilməməsi üçün dairəvi sxem üzrə abonentlər ehtiyat xətt vasitəsi ilə elektrik enerjisi ilə təmin edilib. Hazırda qəza baş verən ərazidə bütün abonentlərin elektrik enerjisi təchizatı qaydasındadır. Əməkdaşlarımız ərazidə çalışır və qarşıdakı saatlarda qəza baş verən xətt təmir edilərək istismara veriləcək”, - deyə qurumun açıqlamasında deyilib.

***

Bakıda yüksəkgərginlikli elektrik xəttində qəza baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində olub.

Bununla bağlı video sosial şəbəkələrdə paylaşılıb.

Hadisənin görüntülərini təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026