• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakı Dəmir Yolu Vağzalında insident 

HADİSƏ

06 Oktyabr 2022 | 10:06

Bakı Dəmir Yolu Vağzalında insident

Bu gün səhər saatlarında Bakı Dəmir Yolu Vağzalında sərnişinlərlə Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşları arasında insident yaşanıb.

Bakıvaxtı.az  xəbər verir ki, Sumqayıt-Bakı qatarından istifadə edən şəxslər sərnişin sıxlığının həddindən çox olması, sürət qatarları arasındakı intervalın böyüklüyü, qatarlarda havalandırma sisteminin işləməməsi barədə etirazlar ediblər.

İlkin məlumata görə, etiraza səbəb sıxlıq səbəbindən bir neçə nəfərin halının pisləşməsi olub. İnsidentə polis müdaxilə etməli olub. 

Xatırladaq ki, ötən gün bu istiqamətdə olan sıxlığa rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov da reaksiya verib. O bildirib ki, Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil: “Sadəcə, sərnişinlərin sayı çoxdur”. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR