• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Azərsu" Yasamaldakı qəza ilə bağlı MƏLUMAT YAYDI

CƏMİYYƏT

26 Oktyabr 2022 | 10:50

"Azərsu" Yasamaldakı qəza ilə bağlı MƏLUMAT YAYDI

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunun Əsəd Əhmədov və Ülvi Bünyadzadə küçələrinin kəsişməsindəki 1 000 millimetrlik su kəmərində baş vermiş qəzaya görə paytaxtın heç bir yerində su təchizatı dayandırılmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında "Azərsu" ASC-nin operativ idarəetmə şobəsinin rəisi Yaşar Bəşirov bildirib.

"Qəza ilə bağlı əhalinin su təchizatında heç bir çətinlik yoxdur. Badamdar qəsəbəsində bizim 2 su anbarımız və kifayyət qədər su ehtiyatımız var. Qəza baş verən andan mərkəzi su anbarından kəmərə suyun verilişi dayandırılıb. Hazırda axıntı dayanıb və "Azərsu"nun qəza birqadası hadisə yerinə cəlb olunub. Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər görülür", - o deyib.


"Azərsu" Yasamaldakı qəza ilə bağlı MƏLUMAT YAYDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR