• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azyaşlı anasının maşını ilə qəza törətdi

DÜNYA

03 May 2022 | 13:22 | Müəllif: Qalib İbrahimoğlu

Azyaşlı anasının maşını ilə qəza törətdi

Hollandiyanın Utrext şəhərində dörd yaşlı uşaq anasının maşını ilə dayanmış iki avtomobilə çırpılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə yerli polis "Instagram"da bildirib. Polis rəsmiləri Formula-1 Hollandiyalı pilotu Maks Verstappeni nəzərdə tutaraq “Gələcəyin Maks Verstappenini tapdıq” deyə qeyd ediblər.

Polis bölməsinə aparılan uşağa anası gələnə qədər isti şokolad və oyuncaq ayı verilib. Daha sonra anası ilə birlikdə hadisə yerinə aparılan uşaq açarla maşının qapısını açaraq maşını işə salmağı və muftaya necə basdığını göstərib.

"Xoşbəxtlikdən, kiçik sürücünün macərası kiçik ziyanla nəticələndi" deyən polis rəsmiləri valideynlərə avtomobillərinin açarlarını uşaqların əli çatmayan yerdə saxlamağı tövsiyə ediblər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026