Babək rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Badaşqan kəndi ərazisində baş verib.
1997-ci il təvəllüdlü Babək rayon Zeynəddin kənd sakini Elman Əsədovun idarə etdiyi "Daewo" markalı avomobil aşıb. Nəticədə, avtomobilin sürücüsü ölüb, sərnişin - 2001-ci il təvəllüdlü Zeynəddin kənd sakini Qasım Quliyev isə ağır xəsrət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /APA





jpg-1681363701.webp)







%20(1)jpg-1681286503.webp)
jpg-1681279884.webp)

