• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq

İQTİSADİYYAT

06 Fevral 2024 | 18:46 | Müəllif: Qalib İbrahimoğlu

Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq

İnnovativ texnologiyalar sahəsində daim inkişaf edərək yenilikləri abunəçilərinə təqdim edən Bakcell şirkəti Qarabağ bölgəsində öz strateji genişlənmə planlarını elan edib.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, şirkətdən verilən məlumata əsasən, Bakcell regionda xidmət mərkəzlərinin sayını 10-a çatdıracaq.

"Bu genişlənmənin əsas məqsədi regionda yaşayan vətəndaşlarımız ilə əlaqələrimizi daha da gücləndirmək, onlara ən son innovativ texnologiyaları təqdim etməkdir", — deyə şirkətdən bildirilib.

Xatırladaq ki, Bakcell ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.

Bakcell zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyaların regiona gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcək.

Həyata keçirilən layihələr NEQSOL Holding-in Azərbaycanın Qarabağ regionunda  ümumilikdə 200 mln manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir.  

Bakcell şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026