• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakı-Ələt yolundakı qəzada yaralanan beş nəfər KTM-ə aparılıb

HADİSƏ

08 Avqust 2022 | 11:34

Bakı-Ələt yolundakı qəzada yaralanan beş nəfər KTM-ə aparılıb

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda baş verən avtomobil qəzası nəticəsində yaralanan beş nəfər Kliniki Tibbi Mərkəzə aparılıb.

Kliniki Tibbi Mərkəzdən Bakıvaxtı.az-a verilən xəbərə görə, hadisə nəticəsində xəsarət alan şəxslərdən birinin - 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti nisbətən ağır olduğu üçün Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Digər yaralılarda - 1997 və 1990-cı il təvəllüdlü şəxslərdə gicgah nahiyəsinin travması, 1978-ci il təvəllüdlü şəxsdə burun sümüyünün sınığı və 1988-ci il təvəllüdlü şəxsdə ayaq-daraq sümüyünün sınığı aşkarlanıb və hər birinə müvafiq tibbi yardımlar göstərilib.

Artıq yaralanan beş nəfərdən dördü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026