Bakı Hava limanı yolunda tıxac müşahidə olunur.
Sıxlıq Suraxanı parkı, “Buta Palace” şadlıq sarayından başlayaraq, “Koroğlu” metrostansiyasına qədər təxminən 7 kilometri əhatə edir. Bu səbəblə nəqliyyat vasitələrinin və əksər marşrut xətlərinin hərəkətində gecikmələr yaranıb.
O cümlədən, hava şəraiti ilə bağlı olaraq, sözügedən yolda sürət həddi zolaqlar üzrə endirilib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bakıvaxtı.az-a bildirib ki, sürət həddinin zolaqlar üzrə endirilməsinin tıxaca təsiri yoxdur:
“Sıxlığa əsas səbəb hazırda müşahidə olunan yağışlı hava şəraiti və nəqliyyat vasitələrinin çoxluğudur”.
Nuranə Daxilqızı
















