• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA - Ölənlər var - FOTOLAR (YENİLƏNİB)

HADİSƏ

23 Iyul 2022 | 13:03

Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA - Ölənlər var - FOTOLAR (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Quba yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən Bakıvaxtı.az-a daxil olan məlumatda deyilir: 

"Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu, Yenikənd kəndi ərazisində “Ford” və "Volvo" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1993-cü il təvəllüdlü Əliyev Etibar İntiqam oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər".

*** 12:06

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Ford" markalı avtomobillə yük maşını (TIR) toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə magistral yolun 108-ci km-də baş verib.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü vəfat edib.

Faktla bağlı araşdırma aparılır. (report)


Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA - Ölənlər var - FOTOLAR (YENİLƏNİB)Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA - Ölənlər var - FOTOLAR (YENİLƏNİB)Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA - Ölənlər var - FOTOLAR (YENİLƏNİB)Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA - Ölənlər var - FOTOLAR (YENİLƏNİB)Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA - Ölənlər var - FOTOLAR (YENİLƏNİB)
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026